İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə yardım göndərmək istəyənlərin nəzərinə - Bu ünvanda....

2626 07.02.2023 12:39 Gündəm A A

Azərbaycanda Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım toplanmasına başlanılıb.

Musavat.com  xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR