İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə gələn turistin bu hərəkəti gündəm oldu - VİDEO

1894 09.10.2022 10:30 Gündəm A A

Bolqarıstandan Türkiyənin Ədirnə şəhərinə öz maşınları və tur avtobusları ilə gələn turistlər qış ehtiyaclarını buradakı bazarlardan qarşılayırlar.

Musavat.com xəbər verir ki, şəhərə gələn turistlərdən birinin kameraları görəndə bir bağlama pul göstərərək “Xərclədikcə bitmir” deməsi diqqət çəkib.

Havaların soyuması ilə yenidən Ədirnəyə axın edən bolqar turistlər bazardan palto, sviter, çəkmə kimi qış məhsulları almağa başlayıb. Son aylarda Kapıkule Sərhəd Qapısındakı qürbətçi sıxlığı səbəbindən şəhərə daha az gələn bolqar turistlər, bu həftənin erkən saatlarından etibarən bazarlara gələrək piştaxtaları diqqətlə araşdırdılar. Bolqarlar maşınlarını park etdikdən sonra bazara gedir, günortaya qədər alış-verişlərini tamamlayıb yola düşürlər. Bolqar turistlərin bazarda cəmləşməsi türkiyəli satıcıların da üzünü güldürür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR