İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə çarter reysləri 3-4 günə təşkil etməyə hazırıq - Rusiya

587 16.08.2016 16:47 Son xəbər A A
Rusiya turistik operatorları və hava nəqliyyatı şirkətləri hökumətin müvafiq sərəncamından sonra Türkiyəyə 3-4 gün ərzində çarter reyslər təşkil etməyə hazırdır. 

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının icraçı direktoru Mayya Lomidze danışıb. 

“Rusiya və Türkiyə dövlət başçılarının görüşündən sonra aydın idi ki, yaxın zamanlarda çarter reyslərinə qoyulan qadağa ləğv ediləcəkdi. Yaxın zamanda – özü şərti anlayışdır. Hava nəqliyyatı şirkətləri və turistik operatorlar hökumətin müvafiq qərarı olan kimi reysləri 3-4 gün ərzində dövriyyəyə buraxacaqlar” – o, belə deyib.

Onun sözlərinə görə, çarter reyslərini həm turistlər, həm biznes mühiti gözləyir. Lakin bəzi rus turistlər çarter reysləri gözləmədən daimi reyslərlə uçuş edirlər. 

Qeyd edək ki, Türkiyəyə turistik turların satışına qoyulan qadağanı Putin 30 iyunda imzaladığı sərəncamla götürmüşdü. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR