İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Yunanıstandakı konsulluğu yaxınlığında iğtişaşlar olub

892 18.05.2020 14:40 Dünya A A

Yunan anarxistlər dünən gecə Afina və Salonikidə bankomatları və avtomobilləri yandırıb, onlarla insan saxlanıb.

Bu barədə “Ethnos” qəzeti məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 02:00-dan sonra Afinanın bir neçə bölgəsində eyni vaxtda baş verən koordinasiyalı hücumlar zamanı bankomatlar, minik avtomobilləri və supermarketlərin və sürətli yükdaşıma şirkətlərinin yük maşınları yandırılıb.

Ümumilikdə 10 avtomobilə və 3 bankomata ziyan dəyib. Polis əməliyyat keçirərək 40 nəfəri saxlayıb. Saxlananlar paytaxtın Attika rayonunun Baş Polis İdarəsinə aparılıb. Yerli sakinlər tərəfindən çağırılan yanğınsöndürənlər yanğını söndürüb. Hücumların səbəbləri hələlik bəlli deyil.

Dünən gecə Salonikinin mərkəzində də bir qrup anarxist Türkiyə konsulluğunun yaxınlığında zibil qutularından barrikada quraraq polisə molotov kokteyli ataraq iğtişaşlara səbəb olub. Altı polis avtomobilinə zərər dəyib. Polis də bunun qarşılığında gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. “Proto tema” qəzetinin yazdığına görə, polis 10 nəfəri saxlayıb, lakin sonradan onları sərbəst buraxılıb.

Hər iki şəhərin polis idarələrində iğtişaşlarla bağlı istintaq aparılır.
(Report.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR