İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin xarici ticarət kəsiri kəskin azaldı: Yeni hökumətin işi

1091 01.08.2023 11:43 Son xəbər A A

İyun ayında Türkiyənin xarici ticarətinin həcmi azalıb.

Musavat.com Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, ötən ay qardaş ölkə xaricdən 26,4 milyard dollarlıq məhsul və xidmət idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz azdır. Ay ərzində Türkiyə xaricə 20,9 milyard dollarlıq məhsul və xidmət ixrac edib ki, bu da ötən ildən 10,5 faiz azdır. Beləliklə, ölkənin ixracı idxalının 80,2 faizinə bərabər olub. Ötən il bu göstərici daha az – 73,9 faiz idi. İxracın xarici ticarətdə payının artması Türkiyənin xarici ticarət kəsirinin 37,3 faiz azalmaqla 5,1 milyard dollara düşməsinə səbəb olub.

Ötən ay Türkiyəyə ən çox mal satan ölkə Çin olub – 3,7 milyard dollarlıq. Rusiyanın bu dövrdə Türkiyəyə ixracı illik ifadədə 40 faizədək azalmaqla 2,91 milyard dollar təşkil edib. İlin birinci yarısında isə Türkiyə Rusiyadan illik ifadədə 10,8 faiz az – 27,4 milyard dollarlıq məhsul və xidmət idxal edib. Bu həcmə görə Rusiya Türkiyəyə ixrac üzrə ilk yerdə qərarlaşıb. İkinci yerdə gələn Çin yarım ildə qardaş ölkəyə 22,2 milyard dollarlıq ixrac reallaşdırıb. Türkiyənin ənənəvi ticarət partnyoru olan Almaniyadan idxalı 13,4 milyard dollara bərabər olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR