Türkiyənin Vəkillər Kollegiyası hakimiyyəti məhkəməyə verdi
Türkiyənin Vəkillər Kollegiyası Twitter mikrobloqlar servisinin bağlanması ilə bağlı hakimiyyətin qərarını qanunsuz adlandırıb və bəyan edib ki, bu qərarın heç bir hüquqi əsası yoxdur.
Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata cörə, Kollegiya Twitter-in bağlanması ilə bağlı qərarın qüvvədən salınması tələbi ilə məhkəməyə müraciət edib. İddiada bildirilir ki, hakimiyyətin qərarı İnsan haqlarına dair Avropa Konvensiyasına, Türkiyə Konstitusiyasına ziddir.






