TÜRKİYƏNİN TEHRANDAKI SƏFİRİ “TRAXTUR”- “PERSOPOL” OYUNUNDA BAŞ VERƏNLƏRLƏ BAĞLI “Yeni MÜSAVAT”a DANIŞDI
Yada salaq ki, bir neçə gün öncə “ferdanews” saytı Ümid Yardımın “Traktor”- Persopol" oyunu zamanı stadiondan uzaqlaşdırıldığı haqqında xəbər yayıb. “fərdanews” yazıb ki, Ümid Yardım futbol oyununun birinci hissəsini tam izləyib. Fasilə zamanı isə Təbrizin “Traxtur” komandasının azarkeşləri türkçülük şüarları səsləndirməyə başlayıb. Qələbəliyin getdikcə coşması İran təhlükəsizlik qüvvələrinin narahatlığına səbəb olub. Buna görə də yarana biləcək qarşıdurmada böyükelçinin həyatı üçün təhlükə ehtimalını gözə alaraq ondan stadionu təcili tərk etməsini istəyiblər.
Lakin Yardım stadiondan təhlükəsizlik qüvvələrinin tələbi ilə çıxması haqda yayılan xəbərlərin doğru olmadığını deyir: “Biz öncədən futbol oyununun yalnız birinci hissəsini izləməyi planlaşdırmışdıq. Çünki bəlli bir saatda ECO təşkilatının toplantısında ölkəmi təmsil etməliydim. Bu haqda yayılan xəbərlər doğru deyil”.