İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin tanınmış tibb şəbəkəsinin rəhbəri: "Azərbaycan səhiyyəsi çox yaxşı inkişaf edir"

603 29.06.2022 13:20 Səhiyyə A A

"Dünyanın bir çox ölkələrinin səhiyyə sistemindən məlumatlıyam. Azərbaycan səhiyyəsi, həqiqətən, çox yaxşı inkişaf edir".

Musavat.com xəbər verir ki,bunu "Report"a açıqlamasında “LIV Medical Group” tibb şəbəkəsinin rəhbəri Muharrem Usta deyib.

"Bona Dea Beynəlxalq Xəstəxanası dünya miqyaslı səhiyyə ocağıdır. Odur ki, imzaladığımız müqavilə də uzunmüddətlidir. Biz bu gün uzun bir yola çıxırıq. Məqsədimiz Azərbaycan səhiyyəsini region üçün əsas baza etməkdir. Düşünürəm ki, bu, Azərbaycan səhiyyəsi üçün də böyük perspektivlər deməkdir", - o bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin bütün dünyada tanınan “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR