Türkiyənin Səhiyyə Nazirliyi ölü və yaralıların ilkin sayını açıqladı - 15 ölü, 69 yaralı
Türkiyənin Səhiyyə Nazirliyi İstanbulda baş vermiş partlayışlar zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumatı açıqlayıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin rəsmi məlumatına görə, baş vermiş terror aktı zamanı 15 nəfər həlak olub, 69 nəfər yaralanıb.
Verilən açıqlamalarda ölü sayının artacağı istisna edilmir.
Qeyd edək ki, ötən gün İstanbulun Beşiktaş adlanan ərazisində iki güclü partlayış baş verib.
Patlayışın PKK terror rəşkilatının törətdiyi ehtimal edilir.
Musavat.com






