Azəri qızı Günel kimi tanınan müğənni Günel Zeynalova estetik əməliyyat keçirən məşhurlar sırasına daxil olub.
Virtualaz.org xəbər verir ki, azərbaycanlı müğənninin burunu əməliyyat etdirməsilə bağlı Türkiyənin sarı mətbuatı məlumat yayıb.
Mənbə yazır ki, uzun illər qaşlarını belə aldırmayan müğənni bunun səbəbini “Azərbaycanda qızlar ailə qurarkən bunu edirlər” deyərək əsaslandırıb. Artıq estetik əməliyyat etdirən azərbaycanlı məşhuru görənlər tanımaqda çətinlik çətinlik çəkirlər.
Qeyd edək ki, 1998-ci ildə tanınmış türk müğənnisi İbrahim Tatlısəs Azərbaycanda konsert verərkən Günelin gözəl səsi olduğunu görüb və onu özü ilə İstanbula aparıb. Burada musiqi təhsili alan Günel Zeynalova türk şou-biznesinə qatılıb.








