Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etmək istəyinə Emrənistandan rəsmi reaksiya
Ermənistan Türkiyənin Dağlıq Qarabağ müzakirələrində yer almaq istədiyi barədə xəbərlərə reaksiya verib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan news.am saytına verdiyi müsahibədə Türkiyənin Dağlıq Qarabağ probleminin nizamlanmasında yeri olmadlğını söyləyib.
“Biz indi də əminik ki, Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasında heç bir işi yoxdur. Qatı Azərbaycan tərəfdarı olan Türkiyənin gətirəcəyi yeganə xeyir onun nizamlanma prosesindən uzaq qalmasıdır".
Vaqif Hüseyn, musavat.com






