Türkiyənin PKK-nı vurmasının səbəbi - Səs yazısı üzə çıxdı
İyul ayının 22-də Türkiyənin Şanlıurfa vilayətində 2 polisin yatarkən ənsəsindən güllələyərək öldürənlərin PKK terrorçuları olduğu təsdiqləndi.
Avropa.info xəbər verir ki, Şanlıurfanın Ceylanpınar rayonunda baş vermiş terror aktından sonra PKK terrorçuları arasında baş tutan və hüquq mühafizə orqanlarının əlinə keçən ratsiya danışığı hadisənin kim tərəfindən törədildiyini üzə çıxarıb.
Belə ki, hüquq mühafizə orqanlarının əlinə keçən səs yazısı daha sonra baş nazir Əhməd Davudoğluna göndərilib.
Məhz bu səs yazısından sonra Türkiyə hökuməti PKK terror təşkilatının Qəndildəki mövqelərini bombardman etmək qərarına gəlib.
Davudoğlunun "O səs yazısını dinləyincə Qəndil dağlarını vurmaq qərarına gəldik" deyə açıqlama verdiyi həmin səs yazısı bu günlərdə üzə çıxıb.
"Ceylanpınarda 2 polisimiz vəhşicəsinə ənsəsindən vurularaq şəhid edildiyi zaman orada bizə bir mesaj vermək istədilər. Biz də ələ keçirdiyimiz səs yazısından o mesajı aldığımız üçün həmin gecə təyyarələrimiz Qəndil üzərində idi. Kim eyni mesajı bir daha verməyə çalışsa eyni cavabı alacaq."
22 iyul saat 13.04-dən etibarən Şanlıurfada Rojhat və Ararat kod adlı terrorçular arasındakı danışıq belədir:
Ararat: Qardaşlarımız səhər-səhər saat 6-da Ceylanpınarda iki çevik polisi vurdular. İkisi də öldü. Üzərlərindən iki dənə silah götürüldü. Şəxsiyyət vəsiqələrini də götürdük.
Rojhat: OK
Ararat: Adlarına bax; Feyaz Özsahra, bu Kırşehirdəndir. İkincisi Okan Acar, bu isə Niğdədəndir.
Rojhat: OK
Ararat: Bu Suruçdakı qətliamın qarşılığı olsun.
Rojhat: OK
Ararat: Dostlarımız möhkəm adamlardır. Hər şey öz qaydasındadır.
Rojhat: Polislər evin qarşısında yerlərindəcə öldülər elə deyilmi?
Ararat: Dostlarmız yataqxanaya daxil olub orada vurdular.






