Ankarada Türkiyənin ən nəhəng avtomobil istehsalçılarından olan “Ford Otosan”ın gələcək fəaliyyətinə həsr olunmuş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıdakı çıxışında ölkədə avtomobil sənayesindəki vəziyyət və perspektivlərə geniş yer ayırıb. “Ford Otosan”ın Türkiyədə avtomobil istehsalının və ixracının 25 faizinə sahib olduğunu diqqətə çatdıraraq deyib ki, qurum yeni sərmayələr hesabına ixracını 5,9 milyard dollardan 13 milyard dollara çatdıracaq. Dövlət başçısı əminliklə bildirib ki, “Ford Otosan” ilə “Ford Avropa” arasında imzalanacaq alqı-satqı müqaviləsi faydalı olacaq.
Türkiyənin digər yanacaq növləri çalışan nəqliyyat vasitələri kimi elektrik mühərrikli avtomobillərin istehsalına da xüsusi önəm verdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, məqsəd Türkiyəni batareya istehsal mərkəzinə birinə çevirməkdir.






