Türkiyə Silahlı Qüvvələri “Aşağı hündürlükdə hava müdafiə raket sistemi (HİSAR-A)” layihəsi çərçivəsində daha bir uğurlu raket atəşi sınağı keçirib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Nazirliyin məlumatında qeyd olunub ki, avtomatik yaylım sistemindən atılan “HİSAR-A” raketi ilə səmadakı hədəfi dəqiqliklə vurub.






