“Devrim avtomobili” ilə başlayan Türkiyənin milli avtomobil xəyalı reallığa çevrilir.
Avropa.info xəbər verir ki, bu gün İstanbulun Gəbzə rayonunda təqdim olunacaq avtomobilin sükanında prezident Ərdoğan özü oturacaq. Türkiyənin Avtomobil Müəssisə Qrupu Sənaye və Ticarət A.Ş-nin (TOGG) hazırladığı avtomobil Gəbzə İnformasiya Vadisində təqdim olunacaq. Ərdoğan avtomobili Osmanqazi körpüsündə şəxsən sınaqdan keçirəcək.
Yerli avtomobilin artıq müştəriləri də var. 2035-ci ilə qədər Dövlət Vasitələri Ofisi 30 min avtmobil satın alacaq. 2022-ci ildə avtomobilin kütləvi istehsalına başlanılacaq. İldə 2142 avtomobil istehsal olunacaq.
Elketriklə işləyəcək avtomobilin qiyməti və adı hələ açıqlanmayıb. İstehsal yeri isə Bursa şəhəri olacaq. Bursada tikiləcək avtomobil fabrikinin ildə 175 min ədəd satması gözlənilir. Fabrikdə 5 növ elektrikli avtomobil istehsal olunacaq.






