İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin hədəfi bu ölkədir -Yunanıstan mediasından ilginc İDDİA

6602 26.02.2021 22:58 Siyasət A A

"Afrikanın buynuzunu tutmağı bacarırlar. Bu şəkildə Hindistanı təzyiq altında saxlayıb, Şərqi Asiya və Çindən dəniz yolu ilə gələn mallar üzərində də təsir imkanına sahib olacaqlar. Bu, Qərbin müdafiəsinə aid bir məsələdir və biz bunu görməzlikdən gələ bilmərik."

Musavat.com haberler.com-a istinadən xəbər verir ki, bunu Yunanıstanın "Bluesky" televiziya kanalının jurnalisti İoannis Teodoratos iddia edib.

Türkiyənin Somalidə bir kosmik lansman mərkəzi inşa etmək istədiyini deyən yunan jurnalist bildirib:

"Bu, türklərə Hind okeanına raket atmaq imkanı verəcək. Türklər Qətərdəki bazaları ilə burada böyük təsirə malikdirlər. Sudanda oxşar cəhdlər etdilər, amma uğursuz oldu. Ancaq onların Liviyada və ümumiyyətlə, Afrikanın Saxara bölgəsindəki varlığı çox güclü bir vəziyyətdədir. İngilislər, almanlar və italyanların nəzarət etmək üçün bir-biri ilə düşmən olduqları Somalini təsir dairəsinə salmağı hədəfləyirlər".

Qeyd edək ki, Türkiyə tərəfi bu deyilənləri "xəyal məhsulu" adlandırıb.

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR