İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Hatay bölgəsində qəsdlə meşə yanğını törədən şəxs saxlanılıb

948 11.10.2020 17:50 Dünya A A

Oktyabrın 9-da Türkiyənin Hatay bölgəsində başlayan amansız meşə yanğını terrorçuluq məqsədilə qəsdən törədilib. Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 543 nəfəri təxliyə edib. Hazırda yanğın söndürülüb və ərazidə ciddi soyutma işləri aparılır.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən dörd nəfərdən ikisi həbs olunub. Bildirilir ki, Erzin bölgəsində meşəni qəsdlə yandırmaq istəyən bir nəfər cinayət üstündə saxlanılıb.

Qeyd edək ki, çoxistiqamətli müdaxiləyə baxmayaraq sözügedən yanğın güclənib və sürətlə yayılmağa başlayıb. Dünən səhər saatlarında alov yaşayış yerlərinə sıçrayıb. Arsuz rayonunun Nərgizlik və Karahüseyinli məhəllələrinə keçən yanğın səbəbindən bir evdə partlayış baş verdiyi bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR