Türkiyənin haqqında həbs qərarı çıxardığı PKK-nın Suriya qolunun rəhbəri – “Avropa məni verməz”
PKK-nın Suriya qolu PYD-nin lideri Saleh Müslim Türkiyənin onun haqqında çıxardığı həbs qərarına münasibət bildirib.
Avropa.info xəbər verir ki, “Amerikanın Səsi” radiosunun kürd xidmətinə danışan PKK-nın Suriya qolunun lideri Avropanın onu Türkiyəyə verməyəcəyini deyib.
“Bu qərar ilə məni həbs edə bilməzlər. Türkiyə də bunu bilir, amma onların məqsədləri sabah başqa dövlətlərə “biz haqqında yaxalama qərarı verdik, siz niyə tutub bizə vermədiniz” deməkdir. Yoxsa onlar da bu qərarın icra olunmayacağını yaxşı bilirlər.”
Müslim İnterpol vasitəsi ilə həbs olunub-olunmaması məsələsinə də aydınlıq gətirib.
“Başda Avropa olmaqla heç bir ölkə Türkiyənin bu qərarını ciddiyə almayacaq. Keçmişdə Rəmzi Kartal, Zübeyir Aydar (Avropada gizlənən PKK terrorçuları: avropa.info) üçün də Türkiyənin qərarları vardı. Amma bir faydası olmadı”.






