İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin “Global Health” qrupu bizi “yabançı’’ damğasından qurtara biləcəkmi? FOTOLAR

1054 19.04.2022 17:15 Gündəm A A

Aprelin 18-də Türkiyənin "Global Health" sağlıq qrupu Bakıda təmtəraqlı mərasim ilə Azərbaycana gəlişini qeyd edib. Ötən gün ölkəmizin tanınmış simalarının, media və parlament təmsilçilərin də qatıldığı tədbirdə bu barədə geniş danışılıb. Tədbirdə şirkətin sahibi doktor Fedakar Günsili də çıxış edib.

O, qeyd edib ki, "Globaly Health" beynəlxalq sağlamlıq xidmətləri və sağlamlıq turizm sahəsində Türkiyənin bütün şəhərlərində tam təchiz olunmuş və müasir xəstəxanalarda ən son texnoloji diaqnostika, müalicə alternativlərindən istifadə edərək ən qabaqcıl və səlahiyyətli turizm brendidir. “Globaly Health”in əsas məqsədi beynəlxalq vətəndaşların Türkiyədə olduqları müddətdə özlərini evdə hiss etmələri üçün lazım olan bütün rahatlığı təmin etməkdir. “Globaly Health” sağlamlıq kartı Türkiyədə səhiyyə sahəsində bu günə qədər beynəlxalq vətəndaşlara təqdim edilməmiş yeni bir xidmət təklif edir. Bu kartla beynəlxalq vətəndaşlar öz ölkələrindən Türkiyəyə gəldikləri zaman keçmişdə bir xəstəliyi olmasından asılı olmayaraq, Türkiyədə olduqları müddətdə baş verə biləcək hər hansı bir xəstəlik halında istifadə edə biləcəkləri sağlamlıq sığortasına sahib olurlar.

Qeyd edək ki, Türkiyənin mükəmməl və güclü səhiyyəsindən yararlanmağa çalışan Azərbaycan vətəndaşları illərdir ki, ‘’yabançı’’ status ilə damğalanaraq, aldığı xidmətlərə görə çox yüksək vəsait ödəməkdədir. Bu durumu dəyişdirmək və Azərbaycan türklərini Türkiyədə “yabançı’’lıqdan çıxartmaq üçün "Globaly Health" nələr təklif edir?

Şirkətin rəhbəri Fedakar Günsili bu barədə Musavat.com-un suallarını cavablandıraraq bunları qeyd edib:

“Sizin də qeyd etdiyiniz kimi, digər ölkələrdən vətəndaşlar Türkiyəyə müayinə və müalicəyə gələndə çox yüksək qiymətlərlə qarşılaşırlar və bu problemə çevrilib. Bu problemin qarşısını almaq üçün “Globaly Health’’ şirkətinin kartını yaratdıq. Bu karta sahib olanlar 35 min dollar təminat qarşılığında 6 ədəd istədiyi bütün müayinə və müalicəyə sahib ola bilir. Yəni, bu kartı alanlar ildə 6 dəfə Türkiyənin istənilən xəstəxanaya müraciət edə bilirlər. Kartın avantajlarından biri də budur ki, şəxs istədiyi xəstəxananı seçə bilir. Məsələn, tutaq ki, siz İstanbulun “Taksim” mərkəzindəsiniz, sizin ürək doktoruna ehtiyacınız var və “mən hara gedə bilərəm?” deyə düşünürsünüz. Bu zaman şirkətimizin çağır mərkəzinə müraciət edə bilərsiniz və şirkətimiz dərhal sizi 3 xəstəxana təklif edəcək və sizi istədiyiniz xəstəxanaya yönləndirəcək. Türkiyə vətəndaşı üçün olan şərtlər sizin üçün də keçərli olacaq, yəni xidmətlərdə qiymət fərqi olmur.

Əslində Türkiyədə səhiyyə xidməti bahalı deyil. Problem odur ki, xəstənı xəstəxanaya gətirən vasitəçilər bəzən min manatlıq xidməti iki dəfə artırıb 2-3 min manat deyə bilir. Əlbəttə ki, bu çox yanlışdır. Bizim kartımız da bu problemin önünə keçir və xəstəxana xəstə ilə qiymət danışığına keçmir. Təsəvvür edin, 6 nəfərlik ailə üzvünüz ilə birlikdə 1250 dollar dəyərində Türkiyənin ən müxtəlif yerlərində, müxtəlif xəstəxanalarında istədiyi xidməti əldə edə bilir. Normal şərtlərdə Türkiyədə 6 nəfərlik ailənin 1250 dollar çərçivəsində xidmət alması qeyri-mümkündür”.

“Globaly Health’’ şirkətinin Azərbaycana gəlməsində və əlaqələrində onlara dəstək verən Tənzilə Rüstəmxanlı da mövzu ilə bağlı qeyd edib:

“Globaly Health’’ şirkətinin təqdim etdiyi səhiyyə xidmətləri çox avantajlı olur. Azərbaycandan Türkiyəyə müayinə və müalicəyə gedən vətəndaşlarımız şirkətin verdiyi kartla bütün ailə üzvləri ilə birlikdə ildə 6 dəfə bütün xidmətlərdən istifadə edə bilirlər. Həmçinin vətəndaşlarımızın otelə yerləşdirilməsi 20 faiz güzəştlərlə həyata keçiriləcək. Hesab edirəm ki, şirkət öz işlərində çox böyük uyğurlara imza atacaq.

Bu bir faktdır ki, Azərbaycan vətəndaşları Türkiyəyə müayinə və müalicəyə gedəndə əksər xəstəxanalarda “yabançı” şərtləri ilə qarşılaşırlar. “Globaly Health’’ şirkətində isə bu şərtlər yoxdur. Əksinə, Türkiyə vətəndaşı hansı şərtlərlə qəbul edilərsə, bizim vətəndaşlarımız da həmin şərtlərdən yaralana biləcəklər”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR