İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin əslən azərbaycanlı olimpiya çempionu karyerasını başa vurub

1135 20.01.2019 18:49 İdman A A

Türkiyə milli komandasının əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı idmançının özü "Anadolu" agentliyinə açıqlamasında bildirib.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını və fəaliyyətini Türkiyənin kişilərdən ibarət yığmasında davam etdirəcəyini söyləyib.

Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub. O, Qars şəhərinin Arpaçay qəsəbəsindən Qərbi Almaniyaya köçən əslən azərbaycanlı ailənin övladıdır. 68 kq çəki dərəcəsində çıxış etmiş Təzəgül 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Türkiyənin taekvondo növündə yeganə olimpiya çempionu kimi tarixə düşüb. O, həmçinin 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR