İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ən kiçik COVID-19 xəstəsi müalicə olunaraq anasına təhvil verilib

210 18.05.2020 11:57 Dünya A A

Türkiyənin Kütahya şəhərində beş aylıq körpə COVID-19-a qalib gəlib.

Koronavirus diaqnozu qoyulan uşaq reanimasiya şöbəsində təxminən iki aylıq müalicədən sonra xəstəxanadan buraxılıb. Xəstəxananın baş həkimi körpənin sağlamlığını bərpa etməsinin heyət üçün böyük xoşbəxtlik və mənəvi dəstək olduğunu qeyd edib.

Onun Türkiyədə indiyə qədər koronavirusa yoluxmuş ən kiçik xəstə olduğu vurğulanır.

Sağlamlığına qovuşan A.S. tibb işçilərinin alqış sədaları altında anasına təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR