İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Ədliyyə Nazirliyi: Boluda hoteldə yanğın zamanı 78 nəfər həyatını itirib

466 23.01.2025 12:30 Dünya A A

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı ölənlərin sayının 78 olması dəqiqləşib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi hazırkı yekun nəticələrə əsasən məlumat verib.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedib, hadisədə həyatını itirən Gültəkin ailəsinin vida mərasimində iştitak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR