Bu günlərdə Türkiyə ermənilərindən, fotoqraf sənətinin böyük ustalarından bir hesab olunan Ara Gülər 90 yaşında vəfat edib.
Erməni əsilli foto sənətçisini ölümü ilə bağlı Türkiyədə mədəniyyət sahəsində çalışan bir çox kəsim tərəfindən başsağlıqları, populyar aktyorlar, müğənnilərin, musiqiçlərin hüzn dolu mesajlarını görmək mümkündür. Hətta millətçilərin çox sevdiyi, türk tarix elminn ən böyük şəxslərindən biri sayılan İlber Ortaylı da Ara Gülərin ölümündən üzünütüsünü dilə gətirib.
Onu da qeyd edək ki, Ara Gülər xalis istanbulludur. 1928-ci ldə Bəyoğlu rayonunda dünyaya gəlib. 1951-ci ildə Getronagan erməni litseyindən məzun olub. Bundan başqa, 50-ci illərdə erməni dilində çıxan qəzet və ədəbiyyat jurnallarında hekayələrini yayımlayıb. İstanbul universitetinin iqtisad fakuktəsində təhsil almasına rəğmən jurnalist olmağa qərar verib.
Bundan başqa, onun əsas maraq dairəsi fotoqrafçılıq olub. Ara Gülər 1962-ci ildə Böyük Britaniyanın “Photography Annual” jurnalıst tərəfindən dünyanın ən yaxşı 7 fotoqrafçısından biri olaraq tanınıb. Həmin il Amerika jurnal fotoqrafları dərnəyinin Türkiyədən tək üzv seçilib.
Ara Gülərin dünyanın bir çox yerlərində fotosərgisi nümayiş etdirildiyi bilinir. O, fotoqraf-jurnalist kimi Unston Çörçill, Arnold Toynbi, Pikasso, Salvador Dali kimi bir çox məşhur isimlə müsahibələr aparıb, onların fotolarını çəkib.
Hər halda diqqət çəkən məqam Türkiyədə bir erməninin öz milli kimiliyini qorumaqla belə nailiyyətlərə nail olmasıdır. Təəssüf doğrucu məqam isə odur ki, erməni sənətçinin dəfnini canlı verən Türkiyə televiziyaları bilərəkdən və ya bilməyərəkdən onların yalan təbliğatlarına çanaq tutublar.
Ara Gülərin dəfni ilə bağlı verilən reportajların fon musiqində “Sarı gəlin”in səslənməsi, balabanın erməni musiqi aləti kimi təqdim olunması əslində tarixlərini yalan üzərində quran bir millətin uydurmalarına haqq qazandırmaqdır.
Musavat.com






