İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin “Bayraktar TB2” pilotsuz aparatı 200 min saat uçuş həyata keçirib

651 10.06.2020 18:15 Son xəbər A A

Türkiyənin milli istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) 200 min saat uçuş həyata keçirib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Bayraktar TB2” 2014-cü ildə Türkiyə Milli Müdafiə Nazirliyinin aviasiya arsenalına daxil edilib. Ötən illərdə böyük uğurlar qazanan bu aparatın təkmilləşdirilməsi istiqamətində də önəmli addımlar atılıb. “Bayraktar TB2” 2019-cu ildə Küveytdə keçirilən aviasiya sərgisində fasiləsiz olaraq 27 saat 3 dəqiqə uçuş edərək rekord qazanıb. Bundan başqa, sözügedən aparat cari il yanvarın 24-də Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələnin miqyasını öyrənmək üçün 25 dəqiqəlik uçuş əsasında mühüm məlumatlar toplayıb. “Bayraktar TB2” aparatı Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçuların yerlərinin müəyyənləşdirməsi işində mühüm rol oynayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR