İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin baş naziri “Yeni Müsavat”ın suallarını cavablandırdı - FOTOLAR

3492 15.03.2018 14:28 Gündəm A A

Binəli Yıldırım “Afrindən sonra Qarabağ əməliyyatı” barədə danışdı

VI Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn Türkiyənin baş naziri Binəli Yıldırım “Yeni Müsavat”ın suallarına cavab verib.

Əməkdaşımızın “Afrin əməliyyatından sonra qardaş ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusu ilə birlikdə işğal altlında Qarabağ torpaqlarında erməni işğalçılarına və nəzarətsiz ərazidə yerləşdirilmiş PKK-çılara qarşı birgə hərbi əmliyyat keçirilə bilərmi” sualına cavabında cənab Yıldırım bunları deyib: “Azərbaycan və Türkiyə regional təhlükəsizliyin təmin edilməsi, terrorla mücadilə məsələsində birlikdə çalışır. Türkiyənin PKK və onun uzantısı olan PYD-YPG, DEAŞ ünsürlərinə qarşı başlatdığı Afrin əməliyyatı dost və qardaş Azərbaycanda bütün xalq tərəfindən qüvvətlə dəstəklənir, biz bunu küçədə danışdığımız qardaşlarımızı dinlərkən şahid oluruq. Qarabağ məsələsi Azərbaycanın haqlı bir məsələsidir.  Azərbaycanın torpaqlarının 20 faizi, Qarabağ işğal edilib, 1 milyon qaçqın, köçkün insan var. Dolayısı bu problemin həlli üçün beynəlxalq aləmdə hər cür prosesdə Türkiyə Azərbaycanın yanındadır. Soyqırım bir insanlıq suçudur, Azərbaycan ərazisində bir etnik təmizləmə, soyqırım həyata  keçirilib və bunu edən Ermənistan bunun qarşılığını mütləq görməlidir. Gec ola bilər, amma mütləq Azərbaycanın bu məsələdə haqlı davası, enində-sonunda hədəfinə çatacaq”. Baş nazir xatırladıb ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı olduğu və bu davada yanında olduqları məlumdur: “Bu ərazilərdə terrorçuların yerləşməsi və ya hazırlıqlar həyata keçirməsi nəticəyə təsir göstərməz. Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”.

B.Yıldırım “Yeni Müsavat”ın Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ Konqresində qəbul edilməsi ilə bağlı sualına da Türkiyə dövlətinin mövqeyini açıqlayıb: “ABŞ Qarabağdakı ermənilərə mükafat verməkdənsə, ordakı insanlıq suçunun hesabını istəsə, daha doğru olar”.

Elşad PAŞASOY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR