Türkiyənin Bakıdakı səfiri Azərbaycan jurnalistləri ilə görüş keçirir - FOTOLAR
Türkiyənin Bakıdakı Böyük Elçiliyində səfir İsmayıl Alper Coşğun Azərbaycan mətbuatının bir neçə nümayəndəsilə görüş keçirir.
Görüşün məqsədi Türkiyədə baş verən son proseslərlə bağlı qarşılıqlı müzakirədir. Hazırda səfir İsmayıl Alper Coşğun giriş nitqi söyləyir, 15 iyuldakı qiyam cəhdi haqda danışır.
Tədbirdə "Yeni Müsavat" media qrupundan 3 nəfər - "Yeni Müsavat" qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan, musavat.com saytının şef redaktoru Xalid Kazımlı, "Yeni Müsavat" qəzetinin parlament müxbiri, siyasət yazarı Elşad Paşasoy iştirak edirlər.
Musavat.com






