İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Adana və İzmir vilayətlərində baş verən yanğın ağır fəsadlara səbəb olub - Foto

441 24.08.2020 03:17 Dünya A A

Bu gün günorta saatlarından etibarən Türkiyənin Adana və İzmir vilayətlərində baş verən yanğın ağır fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, Adananın Kozan rayonunda meşəlik ərazidə baş verən yanğın səbəbilə altı kəndin əhalisi təxliyə edilib. Ərazidə əsən güclü küləyin təsirindən yanğın qısa zaman ərzində ətraf bölgələrə yayılıb. Hadisə yerinə iki xüsusi təyyarə, 4 helikopter, 30 yanğınsöndürmə maşını, 15 su tankeri və çox sayda canlı qüvvə cəlb olunub.

Adana Valisi Süleyman Elbanın bu barədə verdiyi açıqlamada indiyədək 150 hektar ərazinin yandığı, lakin indiyədək xəsarət alanlarla bağlı məlumatın daxil olmadığını bildirib.

Yanğın baş verən ərazidən təxliyə edilən vətəndaşlar isə bir neçə evin yandığını bildiriblər.

İzmir vilayətinin Seferihisar rayonunda otluq ərazidə başlayan yanğın da qısa zaman ərzində ətrafa yayılıb. Hadisə zamanı dəniz kənarında dayanacaqda duran 58 avtomobil alışaraq külə dönüb. Yanğının söndürülməsinə 3 helikopter, 12 yanğınsöndürmə maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Yaşayış ərazilərini təhlükə altına salan yanğın söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR