İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 8 iri şəhərinə XƏBƏRDARLIQ - Bu gündən etibarən… - FOTO

1591 15.02.2024 10:03 Dünya A A

Qarşıdakı günlərdə Türkiyənin şimal-qərbində  güclü yağış və qar meşahidə olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin meteorologiya baş idarəsi məlumat yayıb.

Belə ki, İstanbul da daxil olmaqla 8 şəhərə sarı xəbərdarlıq edilib.

Sarı xəbərdarlıq edilən şəhərlər Biləcik, Bolu, Bursa, Düzce, İstanbul, Kocaeli, Sakarya və Yalovadır.

Açıqlamaya görə, cümə axşamı səhər saatlarından başlayaraq, xüsusilə İstanbulun şimal rayonlarında yağışın leysan xarakterli olacağı gözlənilir.

Şiddətli yağış nəticəsində yarana biləcək daşqınlara və nəqliyyatın pozulmasına qarşı sakinlərin diqqətli və tədbirli olmağı xahiş olunur.

Sarı xəbərdarlıq verilən digər şəhərlərdə güclü leysan yağacağı gözlənilsə də, yağıntının daha yüksək ərazilərdə sulu qar və qar şəklində olacağı təxmin edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR