İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 31 şəhərində küçəyə çıxmaq 2 günlük yasaqlandı, vətəndaşlar marketlərə axışdı - Foto, video

2515 10.04.2020 23:44 Son xəbər A A

Türkiyənin 31 şəhərində 2 gün küçəyə çıxma qadağası qoyulub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirlib ki, 10.04.2020 tarixi gecə saat 00:00-dan və 12.04.2020 tarixi gecə saat 00:00-dək böyük şəhər statusunda olan - Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van vilayətləri və tənəffüs yolları xəstəliklərinin çox yayıldığı Zonquldak şəhərində bütün əhalinin küçəyə çıxması qanunla qadağan olunub.

Məlum qərardan sonra Türkiyənin şəhərlərində insanlar kütləvi şəkildə küçələrə axışaraq, ərzaq almağa çalışıblar. 2 günlük küçəyə çıxma yasağının qəfildən verilməsi və insanların ehtiyatlarını görməsi üçün zaman tanınmaması əhalinin təmasını kütləviləşdirib. Bu isə yoluxma səviyyəsini daha da artıra bilər. Bir çox ekspertlər qərarın anidən verilməsinin yanlış taktika olduğunu  bildirirlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR