İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 3 nəhəng şirkəti ərəblərə satılır? - Maliyyə Nazirliyindən açıqlama

2202 26.06.2023 17:38 İqtisadiyyat A A

Türkiyənin yeni hökumət kabineti ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün ciddi addımlar atmağa başlayıb. Mərkəzi Bankın uçot dərəcəsini kəskin artırmasından sonra hökumətin hansı addımlar atacağı ciddi müzakirə olunmaqdadır.

İki gün əvvəl “Cümhuriyyet” qəzeti maraqlı bir materialla çıxış edərək, maliyyə naziri Mehmet Şimşekin dövlətə məxsus Turkish Airlines, Turk Telekom и BOTAŞ şirkətlərinin səhmlərinin bir hissəsinin xarici investorlara satmaq imkanlarını araşdırdığını qeyd edib.

Materialda bildirilir ki, bu satış Türkiyəyə əsasən Fars körfəzi ölkələrindən 100 milyard dollar investisiya cəlb etməyə imkan verə bilər.

Türkiyə Maliyyə Nazirliyi bu gün rəsmi açıqlama yayaraq mətbuatın yazdıqlarını təkzib edib. Açıqlamada qeyd olunur ki, Milli Rifah Fonduna daxil olan şirkətlərin hər hansı birinin xarici investorlara satılması nəzərdə tutulmur, bu barədə məlumat yayanlar Maliyyə Nazirliyinin imicinə zərbə vurmaq məqsədi güdürlər.

Qeyd edək ki, iri dövlət şirkətlərinin səhmlərinin Fars körfəsi ölkələrinə satılmasına dair xəbərlər Prezident Rəcəb Tayib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə səfəri öncəsi yayılıb. Qurban bayramından sonra reallaşacaq səfər zamanı BƏƏ-dən Türkiyə iqtisadiyyatına 40 milyard dollar investisiya yatırımına dair müqavilənin imzalanacağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR