İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli model Bakıda podiuma çıxdı - Fotolar

1171 14.05.2016 00:20 Mədəniyyət A A
Bakıda Dünya Moda Həftəsinin təqviminə daxil edilmiş “Baku Fashion Week” moda günlərinin ilk nümayişi baş tutub.

Musavat.com xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Vağzalında keçirilən nümayişdə əcnəbi və yerli modelyerlərin 2016-ci il üçün hazırladığı payız-qış kolleksiyası təqdim edilib. İlk olaraq modellər podiuma italyan modelyer Andrea Lazzarinin hazırladığı, özünəməxsus çoxşaxəliliyi ilə seçilən "Pret-a-porte" kişi markasının “Plùs Que Ma Vìe” kolleksiya ilə çıxıblar. 15 dəqiqəlik fasilədən sonra “Uventa Fashion Hause”un geyimləri nümayiş olunub. 

Dəfilənin fəxri qonağı və baş modeli Türkiyənin tanınmış manekeni və akrtisası Tuğçe Sarıkaya olub. O, sonda, Ukraynanın modelyeri Anna Zhabnyakın kolleksiyasının nümayişi zamanı podiuma çıxıb. 

T.Sarıkaya moda gecəsi ilə bağlı fikirlərini bölüşüb: “Bakını çox sevdim, burada olduğum üçün xoşbəxtəm. Bu təklifi alanda tərəddüd etmədən qəbul etdim. Buradakı insanların istiqanlılığını gördükdən sonra Azərbaycana olan sevgim daha çox artdı. Bu gün bizi izləməyə gələn hər kəsə təşəkkür edirəm”.

Modellər sonda gecə üçün hazırlanan stendin qarşısında xatirə şəkili çəkdiriblər. 
Qeyd edək ki, moda günləri mayın 14 və 15-i davam edəcək.
 


Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR