İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli məşhur aktyorlar Bakıda - Fotolar

1425 11.12.2022 12:20 Şou-biznes A A


Türkiyənin məşhur "Çakallarla dans” komediya filminin 6-cı hissəsinin Bakıda da qala-gecəsi keçirilib. 


Musavat.com bildirir ki, "Park Cinema Flame Towers”də baş tutan qala-gecədə tanınmış aktyorlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu, eləcə də filmin rejissoru Murat Şeker də iştirak ediblər.


Hakan Bilginin sözlərinə görə, bu, "Çakallarla dans 6” filminin ölkə xaricində baş tutan ilk qala-gecəsidir: "Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.


"Diriliş Ertuğrul” və "Kuruluş Osman” seriallarının qəhrəmanı Didem Balçın isə Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıya ilk dəfədir gəlmişəm və şəhərinizi çox bəyəndim”.


 "Çakallarla dans 6” Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənilən komediya filmi olub. Filmdə həmçinin Timur Acar, Şevket Çoruh, İlker Ayrık da çəkilib. 


Azərbaycan tamaşaçıları filmi "Park Cinema”nın bütün kinoteatrlarında izləyə bilərlər.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR