İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli həkimdən ŞOK açıqlamalar: “Koronavirus kişi sonsuzluğuna səbəb ola bilər,vaksin isə...” - VİDEO

1858 26.08.2021 12:30 Gündəm A A

Koronavirusa qarşı peyvəndlə bağlı iddialardan biri də vaksinin kişilərdə cinsi funksiyaların zəifləməsinə, hətta sonsuzluğa səbəb olmasıdır.

Musavat.com "TRT Haber"ə istinadən bildirir ki, Başakşehir və Sakura şəhər xəstəxanaları urologiya bölmələrində çalışan professor, elmlər doktoru Abdülmütallib Şimşek məsələyə aydınlıq gətirib. Həkim hər şeyin tam əksinə olduğunu deyib.

“İki doza peyvənd olunanlarda cinsi funksiyaların vəziyyəti araşdırılıb və bir sıra parametrlərdə xeyli irəliləyiş qeydə alınıb. Məlum olub ki, iki doza peyvənddən sonra kişilərdə cinsi funksionallıq xeyli artır”, - deyə Şimşek bildirib.

Japon cerrahlara İstanbul'da eğitim - Son Dakika Milliyet

Alim müvafiq araşdırmanın ABŞ-da aparıldığını və peyvəndin deyil, koronavirusun kişilər üçün təhlükə yaratdığını qeyd edib.

Onun sözlərinə görə, xəstəliyi ağır və yüksək hərarətlə keçirən xəstələrdə sağaldıqdan sonra cinsi funksiyaların zəifləməsi və ya ümumiyyətlə pozulması, həmçinin sonsuzluq kimi fəsadlar müşahidə olunub.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR