İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli hakimlər briqadası Çempionlar Liqasının yarımfinal oyununa təyinat alıb

1099 08.05.2017 17:06 İdman A A

Türkiyəli referi Cüneyt Çakır futbol üzrə Çempionlar Liqasında İspaniyanın "Atletiko" və "Real Madrid" komandaları arasında keçiriləcək yarımfinal mərhələsinin cavab görüşünə təyinat alıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 41 yaşlı referiyə həmyerliləri yardımçı olacaq. Bahattin Duran və Tarık Ongün yan xətt, Barış Şimşek və Ali Palabıyık əlavə köməkçi hakim, Mustafa Eyisoy dördüncü hakim funksiyasını yerinə yetirəcək. Matç mayın 10-da "Visente Kalderon" stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk oyunda "Real Madrid" 3:0 hesabı ilə qalib gəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR