APA-nın “NEWS.am”a istinadən yaydığı məlumata görə, bu barədə Türkiyə parlamentinin komissiyasının hazırladığı hesabatda bildirilir. Türkiyə üçün yaşanan problemlərdən biri Ermənistandan gələn qadınların bu ölkədə fahişəliklə məşğul olmasıdır. 2007-ci ildə 779, 2008-ci ildə 474 erməni qadını fahişəliklə məşğul olduğuna görə Türkiyədən deportasiya edilib. Bu il isə ölkədən deportasiya edilən Ermənistan vətəndaşlarının sayı 100-ə yaxındır.






