İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib

849 29.07.2016 16:12 Gündəm A A
Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, buna səbəb ölkədə dövlət çevrilişi cəhdindən sonra Atatürk Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. 

Məlumata görə, vətəndaşlara aeroporta gələrkən öz şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülüb. Bundan başqa, sərnişinlərə aviareyslərə gecikməmələri üçün uçuşdan ən azı üç saat əvvəl hava limanında olmaları bildirilib.  
 
Qeyd edək ki, Atatürk Beynəlxalq Hava Limanına girişdə polis şübhəli avtomobilləri, insanları saxlayır və axtarışlar aparır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR