Türkiyədən ibrət götürməliyik – Həbib
Biz bütün hərbi çevrilişlərə qarşıyıq.
Axar.az xəbər verir ki, bunu “Fars” agentliyinə açıqlamasında Fələstin İslami Cihad Təşkilatının lideri Xızır Həbib söyləyib. Onun sözlərinə görə, əgər Türkiyədə çevriliş uğurlu olsaydı, ABŞ və İsrail Türkiydə hakimiyyəti ələ alıb, Ankaranı Fələstin məsələsindən uzaqlaşdıracaqdı:
“Biz bu gün Türkiyədə həm iqtidar, həm müxalifətin meydanlarda demokratiyanı necə dəstəklədiklərini görürük. Biz fələstinlilər də bundan dərs almalıyıq. Hərbi çevrilişlər ərəb ölkələrinin gücsüzlüyünə səbəb olur. Bu, daha çox İsrailin maraqlarına cavab verir. Dolayısı ilə ABŞ bölgədə idarəçi rolunu üzərinə götürərək islam dünyasında hüzursuzluq yaradır. İraq, Liviya, Yəmən, Misir və Suriya ordularının yox olma və gücsüzləşmə səbəbi də budur”.






