İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən gələn Oyun Karvanı Şəkidə

438 21.10.2019 11:55 Son xəbər A A

Türkiyənin Cocuq Oyunları və Spor Klubları Federasyonunu (COSKF) Azərbaycana gələn Oyun Karvanı Lənkəran və Qəbələ rayonlarından keçdikdən sonra oktyabrın 21-də Şəki şəhərinə çatıb. Musavat.com xəbəri COSKF başqanı Mehmet Mutludan alıb.

Federasiya başqanının sözlərinə görə oktyabrın 17-də Bakıdakı “Sərhədçi” İdman Kompleksində başlanan tədbirə artıq 2 minə yaxın uşaq qatılıb:“Bu, idman yarışması deyil. Biz hər bir uşağın məhəllədə oynadığı ənənəvi oyunların təbliği ilə məşğuluq. Karvanımızın getdiyi yerlərdə oyun sahələri qurulur, məşqçilərdən, hakimlərdən, klounlardan, musiqiçilərdən qurulmuş heyətimiz oyunların daha əyləncəli, daha maraqlı keçirilməsi üçün çalışır. Bu bizim Azərbaycana ilk səfərimizdir və tərəftaş qurumumuz Azərbaycan Məktəb İdmanı Federasiyasıdır. Bölgələrdə əsasən onların komandaları yarışsa da oyunlarımız arzu edən bütün uşaqlar üçün açıqdır”.

Onu da vurğulayaq ki, Azərbaycan tərəfdən tədbirə İdman və Gənclər Nazirliyi rəhbərlik edir.

Şəkidən sonra Oyun Karvanı Mingəçevir və Gəncəyə gedəcək. Qapanış tədbirinin oktyabrın 24-də Azərbaycanın Qərb sərhədindəki sonuncu şəhəri Qazaxda keçirilməsi planlaşdırılır. Daha sonra karvan Batuma doğru hərəkət edəcək. Oktyabrın 25-26-da Gürcüstandakı etkinlikləri başa vuran heyət Rizə, Girəsun və Sinopda da uşaqları sevindirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR