İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəza törədib, ölən və yaralananlar var - RƏSMİ

3420 07.09.2019 09:10 Son xəbər A A

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

 

Qeyd edək ki, qəza Şəmkir rayonunun ərazisində baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı- Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR