İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlandı

878 16.01.2023 18:48 İqtisadiyyat A A

Türk dövlətlərinin yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyən “Turan” Türkiyədən Azərbaycana saniyələr ərzində komissiyasız pul köçürməyə başladığını açıqlayıb.

Türk mətbuatında yer alan xəbərə görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara aiddir. “Turan” maliyyə tətbiqinin qurucusu və baş direktoru Özgür Bayraktar deyib: “Ən mühüm hədəflərimizdən biri “Turan” və Türk dövlətlərini iqtisadi cəhətdən bir-birinə daha da yaxınlaşdırmaqdır. 2023-cü ildə Özbəkistana komissiyasız pul köçürmələrinə başlamaq niyyətindəyik”, - deyə o bildirib./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR