Türkiyənin Ərzurum şəhərində təxminən 100 nəfərin iştirakı ilə kütləvi dava olub.
Musavat.com-un məlumatına görə, biri polis olmaqla 5 nəfər yaralanıb. Hadisə Aziziye rayonunun İlıca səmtində baş verib. Məlumata görə, aralarında əvvəllər də dava olan iki qrup bərbərdə qarşılaşıb. Əvvəl mübahisə edən tərəflər sonra əlbəyaxa davaya keçiblər. Davadan xəbər tutanlar da bıçaq və sopa götürərək davaya qoşulublar. Hadisə yerinə gələn polislərdən birinin başı stulla yarılıb.
Dalaşanlardan ikisi bıçaqlanıb, ikisi isə müxtəlif xəsarətlər alıb. Polis qrupları su şırnağı ilə müdaxilə edərək davanı dayandıra biliblər. Şübhəlilər saxlanılıb.
Musavat.com






