İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə yeni qərar- vaksinin hər iki dozasını almayanlar kafelərə buraxılmayacaq

277 05.08.2021 01:14 Dünya A A

Türk qəhvəxanaları və kafelər Federasiyası sabahdan etibarən vaksinin hər iki dozasını almayan müştəriləri bu iaşə obyektlərinə buraxılmayacağını açıqlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, federasiyanın rəhbəri

Murat Ağaoğlu qəhvəxana və kafelərin bir daha sərt karantinə getməyə gücü qalmadığını bildirib. O, qeyd edib ki, ötən ilin 16 mart tarixində sərt karantin rejimi tətbiq edildiyi zaman 130 min qəhvəxana və kafe bağlı qalıb. Müəyyən zamanlarda qısa müddətliyinə açılımlar olsa da, bu sahədə xeyli maddi sıxıntı yaşanıb. Bu səbəbdən yenidən qapanmalara getməmək üçün müştəriləri tam vaksin olunmağa çağırıb:

"Vətəndaşlarımızın bir hissəsinin peyvənd olunmaması, habelə koronavirusun sürətlə yayılan yeni ştammı üzündən ölkədə yoluxma və ölüm saylarında böyük artım müşahidə olunur. Böyük ümidlərlə başladığımız normallaşma prosesinin epidemiyanın artması və yaşanan məhdudiyyətlər səbəbiylə sona çatmasının həm ölkəmizin iqtisadiyyatına, həm də biznesmenlərimizə dərin yaralar vuracağı açıqdır. Bu səbəbdən ictimaiyyətə elan edirik ki, sabahdan etibarən ölkə daxilində bütün qəhvəxanalarımıza və kafelərimizə 2 doz peyvənd almayan vətəndaşlarımız bu iaşə obyektlərinə buraxılmayacaq".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR