Trkiyədə zəlzələ həyəcanı davam edir. Bu gecə ölkədə yenə güclü zəlzələ baş verib.
Musavat.com haberler.com-a istinadən xəbər verir ki, bu barədə Avropa Akdeniz Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, ilk yeraltı təkanlar Türkiyə vaxtı ilə 02:32-də, 4,5 bal gücündə qeydə alınıb. Bundan dərhal sonra ikinci dəfə 4,2 bal gücündə zəlzələ baş verib.
Təbii fəlakətin qorxusundan insanlar küçələrə axışıb və evlərinə qayıtmayıblar.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Türkiyənin Elazığ ərazisində baş verən zəlzələ nəticəsində 41 nəfər ölmüş, 2 mindən çox insan yaralanmışdı.
Toğrul İsmayıl,
Musavat.com







