İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKİYƏDƏ TUTULAN AZƏRBAYCANLI QIZIN SƏNƏDLƏRİ ÜNVANINA YETİŞMƏYİB

1257 24.07.2012 09:07 Ölkə A A
Bu sözləri əməkdaşımıza 2 aydır Ankara Vilayət Polis İdarəsinin xaricilərlə iş şöbəsində saxlanılan 20 yaşlı azərbaycanlı qız Günel Məmmədova deyib. Onun sözlərinə görə, anasına da sənədlərin ünvanına göndərilməməsinin səbəbi haqda məlumat verilməyib.
Gənc həmvətənimizin Bakıda, Zabrat qəsəbəsində yaşayan anası ilə də əlaqə saxladıq. Gülşən Məmmədova sənədin göndərilməməsinin səbəbini bilmədiyini dedi:
“Miqrasiya Xidmətindən Elnur müəllimə ötən 5-ci gün sənədləri verəndə dedi ki, sənədlər 100 faiz 1-ci gün ünvanına çatdırılacaq. Sənədlər niyə çatmayıb bilmirəm. Elnur müəllimlə də əlaqə saxlamadım. Düşündüm ki, sabah da çatmasa, ona zəng edərəm”.
Qeyd edək ki, G.Məmmədova 6 ildir Türkiyədədir. Qonşu dövlətə azyaşlı ikən valideynləri ilə gedib. Bu gedişdən 6 il sonra isə G.Məmmədova ciddi problemlə üzləşib. “Azərbaycanda kimliyi (şəxsiyyət vəsiqəsini-E.M.) 16 yaşında verirlər. Mən isə Türkiyəyə gələndən sonra Azərbaycana getməmişəm. Buna görə də şəxsiyyət vəsiqəmi ala bilmədim, üstəlik, xarici pasportumu da ala bilmədim. Bu işlərin bu qədər çətin olacağını da bilmədim. Nüfuz qeydim (polisdə qeydiyyat-E.M.) də olmayıb. Azərbaycanda da heç bir qeydiyyatım yoxdur. Keçən ildən bəri mən səyahət bəlgəsi (turist vizası-E.M.) almağa çalışıram. Lakin Azərbaycanda da heç bir qeydiyyatım yoxdur deyə həmin sənədi də ala bilmirəm. Hazırda Ankara İl Əmniyyət Müdirliyinin yabançılar şöbəsindəyəm (Ankara Vilayət Polis İdarəsinin xaricilərlə iş şöbəsi-E.M.) Əlimdə ancaq bir sənədim var, o da metrikamdır (doğum haqqında şəhadətnamə - E.M.) Bu da yetərli deyil, metrika Türkiyədə bir işə yaramır” - deyə G.Məmmədova bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsinin müdiri Şöhrət Mustafayevlə danışıb problemin nədə olmasını öyrənmək istədik. Lakin zənglərimiz cavabsız qaldı. Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR