Türkiyədə təyyarə qaçıran şəxs sərxoş olub (FOTO)
Ukraynanın təhlükəsizlik orqanları Xarkov-İstanbul reysini həyata keçirən təyyarəni qaçırmağa cəhd edən 45 yaşlı Ukrayna vətəndaşının sərxoş ola biləcəyini açıqlayıb.
Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamaya görə, Ukrayna vətəndaşı “Soçiyə uçacağıq” deyərək pilot kabinəsinə girməyə cəhd edib. Açıqlamada Ukrayna vətəndaşının üzərində hər hansı silah və ya bombanın olmadığı da bildirilib






