İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terrorçu PKK və marksist-leninçi qruplaşmaların 16 üzvü tutulub

799 11.11.2016 10:46 Son xəbər A A
Türkiyənin Bursa əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK və MLKP (Marksist-Leninçi Kommunist Partiyası) qruplaşmalarına üzv olmaqda şübhəli bilinən 16 nəfər tutulub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının siyasi qolu sayılan Xalqların Demokratik Partiyasının (HDP) və ona yaxın təşkilatların 31 üzvü də saxlanılıb.

İnformasiyada bildirilib ki, Bursa prokurorluğunun əməkdaşları əyalətin Osmanqazi, Nilufer, Yıldırım və Gəmilik rayonlarında eyni zamanda müxtəlif ünvanlarda axtarış keçiriblər.
Məlumata görə, şübhəlilər Bursa əyalət Məhkəməsinə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR