Türkiyə təhlükəsizlik qüvvələri əməkdaşlarının Bingölü əyalətinin Kığı rayonunda keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu
PKK qruplaşmasının İran əsilli nümayəndəsi tutulub.
“Report” Haber7-yə istinadən xəbər verir ki, əməliyyat helikopterlərin dəstəyi ilə keçirilib.
Belə ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə terrorçular arasında atışma olub. Biri yaralı olmaqla iki terrorçu tutulub.
Məlumata görə, terrorçulardan birinin İran əsilli “Sinan Rojhilat” kod adlı Barış Alxani, o birinin isə Türkiyənin Diyarbəkr əyalətində qeydiyyatda olan “Zindan Devran” kod adlı Hüseyn Kan olduğu müəyyənləşdirilib.






