İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terror aktı törədilib, 5 polis şəhid olub, 4-ü yaralanıb - VİDEO

1467 01.08.2016 19:07 Son xəbər A A

Türkiyənin Bingöl şəhərində törədilən terror aktı nəticəsində 5 polis şəhid olub. 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisədə 2-si ağır olmaqla 4 polis yaralanıb. 

****

Türkiyənin Bingöl şəhərində terror aktı törədilib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib. 
Məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, onlardan bəzilərinin həyatını xials etmək mümkün olmadığı bildirilir. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR