İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var VİDEO

569 22.05.2022 08:25 Hadisə A A

Türkiyədə ağır yol qəzası baş verib.

“Report”un “Haber Global”a istinadən məlumatına görə, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.

Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR