İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə suriyalılarla yerli sakinlər arasında kütləvi dava baş verib

1319 18.04.2017 06:55 Dünya A A

Türkiyənin Mersin rayonunda suriyalılarla yerli sakinlər arasında gərginlik baş verib.

 

Musavat.com-un məlumatına görə, Adanalıoğlu məhəlləsində çadır quraraq yaşayan, burada əkinçiliklə məşğul olan suriyalılarla yerli sakinlər arasında davaya borc məsələsi səbəb olub. Məlumata əsasən, baş verən mübahisə sonradan böyük davaya şevrilib. Davada bir nəfər yaralanıb, bəzi iş yerlərinin pəncərələri sındırılıb, bir avtomobilə maddi ziyan dəyib.

 

Hadisə yerinə gələn icra nümayəndəsi Hamdi Bilge və polislər davanın qarşısını ala biliblər. Mətbuata açıqlama verən Hamdi Bilge baş verən hadisədən təəssüfləndiyini, suriyalıların məhəllədən köçürüləcəyini bildirib. Bundan sonra suriyalılar avtobuslara mindirilərək başqa səmtə köçürülüb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR